Dərc edildi: Baxış sayı: 854
Azərbaycanda şirkət 1,2 milyon manat cərimələndi
"Report"un xəbərinə görə, Mərkəzi Bank şirkət barəsində valyuta tənzimi qaydalarını pozulmasına görə inzibati protokol tərtib edib.
Məhkəmə protokola əsasən, şirkəti İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilib.
“Call Center” MMC Sabunçu Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Şikayətə Bakı Apelyasiya Məhkəməsində Elmar Rəhimovun sədrliyi ilə baxılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət