Azərbaycanda sığorta bazarının əsas hissəsini bu sığorta növü təşkil edir
Azərbaycanın sığorta bazarında əsas payı nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası tutur.
Trend-in məlumatına görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyasının və İcbari Sığorta Bürosunun təşkilatçılığı ilə Bakıda keçirilən “Azərbaycanda sığorta bazarı: trendlər və imkanlar” adlı IX Beynəlxalq Sığorta Forumunda deyib.
Onun sözlərinə görə, icbari sığorta ilə bağlı müqavilələr ümumi müqavilələrin təxminən 50 faizini təşkil edir.
İ.Alışov qeyd edib ki, forum çərçivəsində sığorta hallarının nizamlanması sistemi də təqdim olunacaq:
“Bu sistemin tətbiq olunmasından sonra nəqliyyat vasitələrinin sığortası sahəsində müsbət dəyişikliklər gözlənilir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət