Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda “Sampo-Roselew” markalı kombaynlar yığılacaq

Azərbaycanda “Sampo-Roselew” markalı kombaynlar yığılacaq
Sakura

Azərbaycanda “Sampo-Roselew” markalı kombaynlar yığılacaq

"Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi Finlandiyanın "Sampo" firması ilə əməkdaşlıq müqaviləsi əsasında “Sampo-Roselew” markalı kombaynların yığımına başlayacaq.

Bu barədə “Report”a müəssisədən məlumat verilib.

“Hazırda bu müqaviləyə uyğun olaraq komplektləşdiricilər gətirilir. Hissələr tam şəkildə müəssisədə olduqdan sonra kombaynların yığımına start verəcəyik. Gəncə avtomobil zavodunun kombayn yığımında artıq təcrübəsi var. Ümidvaram ki, tanınmış marka olan Sampo-Roselew kombaynları iş adamlarının və fermerlərin ürəyincə olacaq”, - zavodun Müşahidə Şurasının sədri Xanlar Fətiyev bildirib.

Onun sözlərinə görə, ölkədə koronavirus epidemiyası ilə əlaqədar bir çox sahələrdə fəaliyyətin məhdudlaşdırılmasına baxmayaraq kənd təsərrüfatında işlər davam etdiyindən "Gəncə Avtomobil Zavodu" fermerlər və iş adamları üçün bir sıra güzəştlər nəzərdə tutan paketlər üzərində iş aparır.

“Azərbaycanda xüsusi karantin dövründə əməkdaşları məhdud sayda işə cəlb edilməli olan dövlət əhəmiyyətli obyektlərin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin siyahısında "Gəncə Avtomobil Zavodu" da var. Hazırda zavodumuz tam kollektivlə olmasa da ehtiyac olduğu qədər işçilərin fəaliyyəti nəticəsində işini davam etdirir. Bu gün karantin rejiminin qaydalarına uyğun olaraq yığım xəttlərində iş gedir.

Bildiyiniz kimi, müəssisəmiz Azərbaycanda yeganə kənd təsərrüfatı texnikalarının istehsalı ilə məşğul olur. Ölkəmizdə kənd təsərrüfatı sahəsində çalışan fermerlər və iş adamlarının texnikalara olan tələbatını ödəmək məqsədilə kollektiv bütün qaydalara əməl etmək şərtilə işini davam etdirir. Konveyerdə xəttlər üzrə məsafə 2 metrədək artırılıb. Yığım sexlərinin girişində dezinfeksiya edici məhlullarla dolu qablar, qoruyucu maskalar, bir dəfə istifadə üçün əlcəklər qoyulub. Bundan başqa aidiyyatı qurumların köməkliyi ilə sexlərimiz mütəmadi dezinfeksiya edilir”, - X.Fətiyev vurğulayıb.

O bildirib ki, hazırda zavodda müxtəlif modeldə traktorların və bir sıra kənd təsərrüfatı texnikalarının, o cümlədən müxtəlif modeldə və təyinatda traktorların yığımı aparılır: "Bu gün orta hesabla 2-4 traktor yığımı həyata keçirilir ki, bu da adi iş rejimində olduğundan 50% aşağıdır. Mart ayında orta hesabla 35 traktor yığılıb. Hazırda yetər sayda yığılmış müxtəlif modeldə traktor və kənd təsərrüfatı texnikaları var. Əgər tələbat olarsa müraciət edən hər kəsin istəyinə uyğun texnika ilə təmin edə bilərik".

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR