Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda reklam bazarında vəziyyət necədir?

Azərbaycanda reklam bazarında vəziyyət necədir?
Sakura

Azərbaycanda reklam bazarında vəziyyət necədir?

Son illər Azərbaycanın reklam büdcəsi azalıb.

Bunu Trend-ə "Communical" şirkətinin rəhbəri Tural Abbaslı deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda reklam dövriyyəsi təxminən 100 milyon manatdır:

“Şirkətlər 2015-ci ildə baş verən devalvasiyadan sonra reklam büdcələrini azaltdılar. Bu, əslində yanlış bir gediş idi. Bunun tam əksi olmalı idi. 2016-cı illə 2019-cu ili müqayisə etsək, görərik ki, ümumi reklam sahəsində dövriyyədə olan pul 30-40 faiz azalıb”.

Mütəxəssis bildirib ki, Azərbaycanda şirkətlərin reklama yanaşması qonşu ölkələrdən kəskin fərqlənir:

"Bu fərqlər özünü həm reklamın konsepsiyasında, həm də büdcələşmə və strategiyada əks etdirir. Biz hələ ki yaradıcı reklamları görə bilmirik. Türkiyə ilə müqayisə aparsaq, görərik ki, orada daha yaradıcı reklamlar hazırlanır. Bizdə isə yalnız məhsulun təqdimatı və satışına istiqamətlənmiş reklamlardır”.

T.Abbaslı qeyd edib ki, Azərbaycanda reklam sahəsində aktuallığı televiziya və radio qoruyur. Dünyada isə rəqəmsal reklam sahəsində inkişaf tendensiyası var.

Mütəxəssisin fikrincə, Azərbaycanda marketinq və reklam sahəsində maariflənməyə ehtiyac var:

“Bu gün televiziyaların büdcəsinin 90 faizi reklam və sponsorlardan formalaşır. Şirkət reklam və piarın gələcək inkişafında rolunu bilmir. Maariflənmə tədbirləri aparılmalıdır ki, şirkətlər reklam büdcəsini əlavə xərc kimi görməsin. Bunu şirkətin inkişafına yatırım olaraq qiymətləndirsinlər. Belə olan təqdirdə brend markalar yaranar. Əvvəllər belə bir fikir var idi ki, yaxşı malın reklama ehtiyacı yoxdur. Bu gün isə yaxşı mal olmaq üçün brend olmalısan".

T.Abbaslı vurğulayıb ki, hazırda ölkəmizdə reklam qiymətlərinin vahid tənzimlənmə siyasəti yoxdur: "Qiyməti bazar müəyyən edir. Televiziya kanalları reytinq əsasında qiymətlər tətbiq edirlər. Amma dünya ölkələri ilə müqayisədə Azərbaycanda reklam qiymətləri ucuzdur. Televiziya reklamlarında pik saatlarda reklamın saniyəsi 30-100 manat arasında dəyişir. Radioda reklamlar daha ucuzdur. Qiymətlər 6-10 manatdan başlayır. Rəqəmsal reklamlar isə 1 dollardan başlayır. Azərbaycanda bu cür reklamlara 18 faiz əlavə dəyər vergisi tətbiq edilir. Bu da inkişafı ləngidir".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR