Azərbaycanda qatarların izlənməsi sistemi təkmilləşdirilir
“Hazırda Azərbaycan qatarların onlayn rejimdə izlənilməsi mümkündür, istifadə etdiyimiz "ADY Smart" proqramında bu imkan var və onun üzərində təkmilləşdirmə işləri gedir".
Ens.az xəbər verir ki,bunu “Report”a açıqlamasında “Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) İnformasiya texnologiyaları departamentinin rəisi David Əliyev bildirib.
Onun sözlərinə görə, bu proses ilin sonuna doğru tam yekunlaşacaq və qatarların onlayn izlənməsi ölkə daxilində hərəkət edən bütün qatarları əhatə edəcək.
D.Əliyev ADY-də rəqəmsal texnologiyaların tətbiqi ilə son vəziyyətə də aydınlıq gətirib. O, bildirib ki, qurumun bütün müəsissələrində rəqəmsallaşma prosesinə başlanılıb: “Rəqəmsallaşma ilə bağlı ayrıca şöbə təsis edilib, bütün rəqəmsal prosesləri izləyir. Burada əsasən “Oracle” və “Microsoft”un müvafiq texnologiyalarından istifadə olunur”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət