Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda pul vəsaitlərinin təhlükəsizliyinin təmin olunması məcburi olacaq

Azərbaycanda pul vəsaitlərinin təhlükəsizliyinin təmin olunması məcburi olacaq
Sakura

Azərbaycanda pul vəsaitlərinin təhlükəsizliyinin təmin olunması məcburi olacaq

Azərbaycanda ödəniş xidmətini göstərən elektron pul təşkilatı ödəniş əməliyyatlarının aparılması üçün qəbul edilmiş pul vəsaitinin təhlükəsizliyini təmin etməli olacaq.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki,bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, bunun üçün aşağı tədbirlərdən azı birinin görülməsi lazım olacaq:

- pul vəsaiti alındığı günün növbəti iş günündən gec olmayaraq vəsait alana və ya hər hansı ödəniş xidməti təchizatçısına köçürülmədiyi təqdirdə, ölkə fəaliyyət göstərən banklar və ya xarici bankların yerli filiallarında bu məqsədlə açılmış ayrıca hesabda saxlanmaqla və (və ya) Azərbaycan Mərkəzi Bankını müəyyən etdiyi aşağı riskli likvid aktivlərə investisiya etməklə;

- qəbul edilmiş pul vəsaiti ilə bağlı öhdəliyinin icra edilməməsi nəticəsində yarana biləcək zərərin məbləğindən az olmayan miqdarda özünə aidiyyəti şəxs olmayan və eyni maliyyə qrupuna aid olmayan sığortaçıda mülki məsuliyyətinin sığortalanmasını və ya özünə aidiyyəti şəxs olmayan və eyni maliyyə qrupuna aid olmayan kredit təşkilatından və ya sığortaçıdan qarantiyanın alınmasını təmin etməklə.

- qəbul edilmiş pul vəsaitinin təhlükəsizliyinin təminatı üsullarından asılı olmayaraq, ödəniş xidməti istifadəçisinin ödəniş hesabına icra sənədi üzrə tələb yönəldildikdə elektron pul təşkilatı qanuna uyğun olaraq müvafiq icra sənədlərinin icrasını təmin etməlidir.

- ödəniş əməliyyatlarının aparılması üçün qəbul edilmiş pul vəsaitinin təhlükəsizliyi bu Qanunda nəzərdə tutulan üsulla təmin edildikdə ödəniş xidməti istifadəçilərindən və ya digər ödəniş xidməti təchizatçılarından ödəniş əməliyyatının aparılması üçün qəbul edilmiş pul vəsaitinin saxlandığı hesaba elektron pul təşkilatı öz vəsaitinin mədaxil edilməsinə yol verə bilməz və həmin hesab üzrə icra sənədi yalnız elektron pul təşkilatının ödəniş xidməti istifadəçisi qarşısında öhdəliyinin icrası ilə əlaqədar yönəldilə bilər.

- ödəniş təşkilatının və ya elektron pul təşkilatının digər kreditorlarının tələbləri, o cümlədən icra sənədləri (iflas prosesində irəli sürülən tələblər də daxil olmaqla) ödəniş xidməti istifadəçilərinin pul vəsaitinə və həmin vəsait hesabına əldə olunmuş aktivlərə yönəldilə bilməz. Ödəniş təşkilatının və elektron pul təşkilatının iflas prosedurunun digər xüsusiyyətləri “Müflisləşmə və iflas haqqında” qanunla tənzimlənir.

- xarici ödəniş təşkilatının və ya xarici elektron pul təşkilatının yerli filialının ləğvi zamanı xarici ödəniş təşkilatı və ya elektron pul təşkilatı yerli filialın öhdəlikləri üçün tam məsuliyyət daşıyır.

- xarici ödəniş təşkilatı və ya elektron pul təşkilatı barəsində ləğvetmə proseduruna başlanıldıqda onun yerli filialının aktivlərindən ilk növbədə yerli filialın ölkə ərazisində ödəniş xidmətlərinin göstərilməsi ilə bağlı yaranan öhdəliklərinin ödənilməsi üçün istifadə edilir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR