Dərc edildi: Baxış sayı: 543
Azərbaycanda problemli kreditlər azalıb
Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il martının 1-nə 1 297,8 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, fevralının 1-i ilə müqayisədə 0,7% azdır.
Xatırladaq ki, sözügedən göstərici ilin əvvəlinə nisbətən problemli kreditlər 1,9% çox olub.
Fevralın sonuna vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 7,7% olub. Bu nisbət yanvarın sonuna 7,8%, ötən ilin sonuna 6,4% təşkil edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət