Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda pensiyalar indeksləşdirilərək 11,4 % artırılır

Azərbaycanda pensiyalar indeksləşdirilərək 11,4 % artırılır
Sakura

Azərbaycanda pensiyalar indeksləşdirilərək 11,4 % artırılır

“2020-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun şəkildə pensiyalar indeksləşdirilərək 11,4 % artırılır".

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) direktoru Himalay Məmişov bugünkü mətbuat konfransında bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin uğurlu sosial siyasəti vətəndaş rifahının təminatı istiqamətində ardıcıl addımların atılmasını təmin edir.

2020-ci ildə də pensiya, Prezidentin təqaüdü və müavinət, ünvanlı sosial yardım üzrə ödənişlərə əvvəlki ilə nisbətən 20% və ya 1 milyard manat çox olmaqla 5 milyard 743 milyon manat vəsait yönəldilib. Minimum və orta pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə Azərbaycan MDB məkanında liderliyini qoruyub saxlayır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR