Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda Özbəkistan Ticarət Evi açılacaq

Azərbaycanda Özbəkistan Ticarət Evi açılacaq
Sakura

Azərbaycanda Özbəkistan Ticarət Evi açılacaq

Azərbaycanda Özbəkistan Ticarət Evi açılacaq. Bu barədə Trend-ə açıqlamasında Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev deyib.

Səfir bildirib ki, Ticarət Evinin açılması prioritet məsələdir və müvafiq qərar hazırda yekunlaşmaq mərhələsindədir:

"Daha çox perspektiv istiqamət kimi investisiya sahəsində əməkdaşlığa baxırıq. Qeyd etmək istərdim ki, Prezident Şavkat Mirziyayevin rəhbərliyi ilə Özbəkistan ölkəmizdə öz layihələrini reallaşdırmaqda maraqlı olan xarici investorlar üçün əlverişli işgüzar mühitin yaradılmasına xüsusi diqqət ayırır. Müasir mərhələdə Özbəkistanda biznesə başlamaq və sərmayə yatırmaq üçün ən əlverişli şərait yaranıb. Təkcə iqtisadiyyat sahəsinin liberallaşdırılması üzrə tədbirlərin görülməsini deyil, həmçinin ixtisaslaşma və Özbəkistan xalqının zəhmətsevərliyini nəzərdə tuturam".

Diplomatın sözlərinə görə, bu kontekstdə mühüm olan ölkədə 17 azad iqtisadi zona, həmçinin 47 sənaye zonasının mövcud olmasıdır ki, bu da müasir iqtisadiyyatın lokomotividir:

"Onların ərazilərində investorlar üçün ən əlverişli güzəştli şərait yaradılıb və tekstil, kimya, tikinti, mebel, qida, elektrotexnika və daxili və xarici bazarlarda tələbat olan digər məhsulların istehsalı təşkil edilib. Sevindiricidir ki, Özbəkistanda biznes fəaliyyəti göstərmək üçün formalaşmış şərait Azərbaycanın Özbəkistandan olan tərəfdaşları ilə qarşılıqlı faydalı əlaqələr qurmağa maraq göstərən işgüzar dairələrinin də diqqətini cəlb edib. Hazırda azərbaycanlı sahibkarlar kənd təsərrüfatı, inşaat, İKT, ərzaq və digər sahələrdə praktiki olaraq layihələrin həyata keçirilməsinə başlayıblar. İnanıram ki, bu tendensiya artacaq".

Ş.Fayziyev qeyd edib ki, Özbəkistanda Azərbaycan investisiyalı 80-dən çox müəssisə, o cümlədən 70-dən artıq birgə müəssisə var. Həmin müəssisələr ticarət, maşınqayırma, metal emalı, maliyyə, energetika, xidmət sektoru, qida və yüngül sənaye sahələrində fəaliyyət göstərirlər:

"Öz növbəsində, Azərbaycan ərazisində "Özbəkistan Hava Yolları" Milli Şirkətinin, Özbəkistanda "Ravon" brendi altında minik avtomobilləri istehsal edən "Uzavtosanoat" şirkətinin, həmçinin yüksək keyfiyyətli və rəqabətqabiliyyətli elektrotexnika məhsullarının istehsalında ixtisaslaşan "Artel" şirkətinin nümayəndəlikləri fəaliyyət göstərir. Lakin bütün bu sadalananlar ölkələrimizin potensialını əks etdirmir. Bununla əlaqədar olaraq, müxtəlif növ məhsulların buraxılmasına istiqamətlənmiş yeni birgə müəssisələrin yaradılması üzrə müəyyən iş aparırıq".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR