Dərc edildi: Baxış sayı: 304
Azərbaycanda nizamnamə kapitalı 700 min manatdan çox olan səhmdar cəmiyyəti yaradılıb
Vergilər Nazirliyi “Cəlilabad Dəmir Beton” ASC-ni dövlət qeydiyyatına alıb.
“Report” nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Cəlilabad rayonu, Uzuntəpə kəndi, nizamnamə kapitalı 722 840 manat (hər birinin nominal dəyəri 2 manat olan 361 420 ədəd səhm), qanuni təmsilçisi isə Fəttah Məmməd oğlu Kərimovdur.
Maraqlıdır ki, yeni səhmdar cəmiyyəti bu il iyulun 25-də qeydiyyatdan keçsə də, bundan 20 gün əvvəl onun qiymətli kağızları Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Alternativ bazar seqmentində listinqə daxil edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət