Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda nə qədər benzin və dizel istehsal olunur?

Azərbaycanda nə qədər benzin və dizel istehsal olunur?
Sakura

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 343,8 min ton avtomobil benzini istehsal olunub.

Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, mart ayında avtomobil benzinin istehsalı 113,8 min ton olub və bu əvvəlki ilin mart ayı ilə müqayisədə 10,9 min ton, bu ilin fevral ayı ilə müqayisədə isə 5,7 min ton çox olub.

Məlumat üçün bildirək ki, bu ilin mart ayında istehsal olunan dizel yanacağı da əvvəlki ilin mart ayı ilə müqayisədə 11,5 min ton çox olub. Belə ki, bu ilin mart ayında ölkədə 188,1 min ton dizel istehsal olunub.

Onu da qeyd edə ki, benzin və dizel istehsalına parallel olaraq mart ayında Azərbaycan əhalisinin avtomobil yanacağına sərf etdiyi vəsait də artıb. Mart ayında avtomobil yanacağına xərclənən vəsait yanvar və fevral aylarından çox olub. Belə ki, yanvar ayında avtomobil yanacağına 166,5 milyon, fevral ayında 145,1 milyon, mart ayında isə 170,3 milyon manat pul xərclənib. 

Maraqlıdır ki, koronavirus pandemiyası səbəbindən mart ayında avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulub. 24 mart 2020-ci il tarixindən isə ölkə ərazisində xüsusi karantin rejimi elan edilib. Mart ayının 27-də Operativ Qərargahın iclasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə  bildirib ki, Bakı Beynəlxalq Avtovağzalı Kompleksindən sərnişin daşıma yalnız Sumqayıt və Abşeron istiqamətində həyata keçirilir və onların sayı gün ərzində 3 000 - 4 000 nəfərdən 300 nəfərə düşüb. Nazir həmçinin qeyd edib ki, tətbiq edilən karantin rejimi ilə əlaqədar şəhərdaxili nəqliyyat vasitələrindən istifadə edənlərin sayı da 80% azalıb. 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR