Dərc edildi: Baxış sayı: 448
Azərbaycanda müştərilərin kredit hesabları ilin əvvəlindən 3% artıb
Bank müştərilərinin kredit hesabları sentyabr ayı ərzində 17 551 və ya 0,7% artaraq 2018-ci il oktyabrın 1-nə 2 560 671-ə çatıb.
“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Hesabata əsasən ötən ilin sonu ilə müqayisədə isə kredit hesablarında 81 738 və ya 3,3% artım müşahidə olunub.
Qeyd edək ki, 2018-ci il oktyabrın 1-nə ölkədə 6 230 166 bank müştərisinin 17 492 782 hesabı olub. Müştəri hesablarının da 14 583 382-si cari, 348 729-u isə depozit hesabların payına düşüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət