Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda möcüzə: Yüz iyirmi uşağın arzusı çin oldu

Azərbaycanda möcüzə: Yüz iyirmi uşağın arzusı çin oldu
Sakura

Azərbaycanda möcüzə: Yüz iyirmi uşağın arzusı çin oldu

Talassemiya Mərkəzində müalicə alan uşaqlara "Şaxta babalar"ın hədiyyələrinin təqdim olunduğu anların bir hissəsinin fotolarına Sputnik Azərbaycan-ın fotolentində baxın!

Azərbaycan Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun təşkil etdiyi #YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyası artıq gözəl bir ənənəyə çevrilib.

Builki layihə çərçivəsində Talassemiya Mərkəzində müalicə alan, yaşı 18-dək olan 120 uşağın arzusu yerinə yetirilib. Bu işdə öz üzərilərinə Şaxta Babanın möcüzəvi missiyasını götürən, uşaqlara hədiyyə almaqla istədikləri isti və pozitiv münasibəti göstərən, ən çox sevilən bayramlardan birinin sevincini yaşadan xeyirxah insanlar kömək edib.

Talassemiya Mərkəzində müalicə alan, ağır qan xəstəliklərindən - talassemiya və leykozdan əziyyət çəkən uşaqlar öz Yeni il arzularını xüsusi açıqcalara yazıblar və bu açıqcalar Sputnik Azərbaycan-ın "Gənclik Moll" (Ganjlik Mall) Ticarət Mərkəzindəki "Əli və Nino" kitab mağazasında quraşdırdığı #YolkaXeyirxahlıqAğacı layihəsinə məxsus Yeni İl yolkasını bəzəyib. Xeyirxah insanlar o uşaqların arzularını yerinə yetirərək istədikləri hədiyyələri onlar üçün göndəriblər.

Uşaqlara gələn hədiyyələr arasında ənənəvi gəlinciklər, velosipedlər, maşınlar, vertolyotlar, rəsm çəkmək üçün ləvazimatlar, məktəbli çantaları, qol saatları, bijüteriyalar, smartfonlar, qış geyimləri, ayaqqabılar və bir çox digər əşyalar var. Uşaqların hamısı arzu etdikləri hədiyyələri alıblar. Xəstəxanadakı 120 uşağın üzündə sevinc qığılcımı yaranıb.

Talassemiya Mərkəzində müalicə alan uşaqlara "Şaxta babalar"ın hədiyyələrinin təqdim olunduğu anların bir hissəsinin fotolarına Sputnik Azərbaycan-ın fotolentində baxın!

Sputnik Azərbaycan-ın kollektivi sizi qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə səmimi qəlbdən təbrik edir! Qoy sizin həyatınızda həmişə onu gözəlləşdirəcək gerçək möcüzələr baş versin!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR