Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda miqrasiya ilə bağlı yeni tələblər qüvvəyə mindi

Azərbaycanda miqrasiya ilə bağlı yeni tələblər qüvvəyə mindi
Sakura

Azərbaycanda miqrasiya ilə bağlı yeni tələblər qüvvəyə mindi

Miqrasiya Məcəlləsinə dəyişikliklər edilməsi haqqında Qanun bu gündən qüvvəyə minir.

Publika.az xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov yeni Qanuna əsasən bu gündən aşağıdakı dəyişikliklərin qüvvəyə mindiyini bildirib:

1. 18 yaşına çatmamış uşaqlar, yaşı 65-dən yuxarı olan və I dərəcə əlil olan şəxslər daimi yaşama icazəsi alınması ilə bağlı imtahandan azad olunurlar.

2. Müvəqqəti olma müddətinin (viza müddəti və ya vizasız qaydada 90 günlük müddət) uzadılması üçün əsas olan hallar artırılır. Belə ki, əcnəbi şəxsin olma müddətinin uzadılması artıq onun yaxın ailə üzvlərinə də şamil edilir.

3. Yaşama və iş icazələrinin alınması ilə bağlı müraciətlərə qısa müddətdə baxılması üçün yeni imkanlar təmin edilir. Nümunə üçün iş icazələri 12 günə, daimi yaşama icazələri 35 günə.

4. Sahibkarlıq fəaliyyəti ilə məşğul olma əsası ilə yaşama icazəsi alan şəxslər 180 gündən çox ölkə ərazisindən kənarda olduqda onların daimi yaşama icazələrin ləğv edilməsi qaydası dəyişir. Bu şəxslər və ölkə iqtisadiyyatına 500 min manat məbləğdə investisiya yatıran şəxslərə artıq bu tələb şamil edilmir.

5. Daimi yaşama icazəsi verilələrkən şəxsin ölkədə son 2 il fasiləsiz yaşaması tələbi müəyyən edilir.

6. Yaşama icazələri ilə bağlı vəsiqələrin müəyyən edilmiş müddətdən sonra 30 gün ərzində götürülmədiyi təqdirdə bu icazələr ləğv edilir.

Dəyişikliklər barədə ətraflı məlumatlar Miqrasiya Xidmətinin elektron resurslarında və qəbul şöbələrində yer alacaqdır. Yeni qaydaların tətbiqi ilə bağlı hər hansı qeyri müəyyənlik və ya suallar olarsa Miqrasiya Xidmətinə, əməkdaşlarımıza müraciət edə və ya səhifəyə yaza bilərsiz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR