Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda kreditə inəyi necə almaq olar?

Azərbaycanda kreditə inəyi necə almaq olar?
Sakura

Kənd Təsərrüfatı Nazirliyi sosial şəbəkədə istifadəçilərdən birinin verdiyi sualı cavablandırıb

Femida.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi sosial şəbəkədə istifadəçilərdən birinin verdiyi sualı cavablandırıb. 

"Damazlıq iri buynuzlu heyvanları lizinq yolu ilə əldə etmək üçün sahibkar hər bir heyvanın güzəştli satış dəyərinin 50 faizini ilkin ödəniş etməli, qalan 50 faiz məbləği isə rüblər üzrə 3 il müddətinə Cəmiyyətin hesabına ödəməlidir. Gətirilən damazlıq heyvanlar 3-5 aylıq boğaz düyələrdir.

Sahibkar ilkin ödəniş edib həmin heyvanları alandan 4-6 ay sonra bala verir. Həmin heyvanlar 3 il müddətinə sığorta olunur. Yaxşı yemləmə və bəsləmə şəraitində Holştein-friz cinsli damazlıq heyvanlar sutkada 20-25 kq süd verir. Eləcə də Avropa ölkələrindən Ətlik-südlük istiqamətli Simmental cinsli damazlıq heyvanlar gətirilərək sahibkarlara lizinq yolu ilə verilir. Damazlıq iri buynuzlu heyvanları lizinq yolu ilə əldə etmək üçün hər bir heyvanın güzəştli satış dəyərinin 50 faizini ilkin ödəniş etməli, qalan 50 faiz məbləği isə rüblər üzrə 3 il müddətinə Cəmiyyətin hesabına ödəməlidir. Gətirilən damazlıq heyvanlar 3-5 aylıq boğaz düyələrdir. Sahibkar ilkin ödəniş edib həmin heyvanları alandan 4-6 ay sonra bala verir. Həmin heyvanlar 3 il müddətinə sığorta olunur. Yaxşı yemləmə və bəsləmə şəraitində Simmental cinsli damazlıq heyvanlar sutkada 1,5 kq çəki artımı və 15-20 kq süd verir. Əlavə məlumat almaq üçün sahibkarın “Aqrolizinq” ASC-yə müraciət etməyi tövsiyyə olunur (tel: 012 425-48-65)".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR