Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda körpələrə İmeda, Cüha, Elyamel, Casim adları qoyulmasının qarşısı alınıb

Azərbaycanda körpələrə İmeda, Cüha, Elyamel, Casim adları qoyulmasının qarşısı alınıb
Sakura

Azərbaycanda körpələrə İmeda, Cüha, Elyamel, Casim adları qoyulmasının qarşısı alınıb

“Fevral ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyasına adlarla bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən daxil olan 28 müraciətə baxılıb”.

Bunu “Report”a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib.

O bildirib ki, həmin müraciətlərin 8-nə müsbət cavab verilib. Digər müraciətlərdə qeyd olunan adların qoyulması tövsiyə edilməyib və cavab müsbət olmayıb. Eyni zamanda valideynlərin övladlarına qondarma ad qoymaq cəhdlərinin qarşısı alınıb: “Valideynlər tərəfindən övladlarına Jekad, Dina, İmeda, Mənsə, Süri, Lavin, Cüha, Elyamel, Milan, Milanse, Lenat, Cümeyli, İmara, Casim, Miner adlarının qoyulması qadağan edilib. Müraciət edən şəxslər yeni doğulan uşaqlara fərqli ad qoymaq istədiklərini bildirirlər. Hətta bu adları özlərinin yaratdığını deyirlər. Halbuki bunlar qondarma adlardır”.

Bundan başqa, Komissiyaya yeni doğulan körpəyə Adelina adının qoyulması ilə bağlı müraciət daxil olub. "Hazırda Adelina adı ilə bağlı araşdırma aparırıq. Çünki bu, Adilə adı ilə oxşarlıq təşkil edir. Ola bilsin ki, eyni kökə malik olsunlar. Müraciətlər zamanı qeydə alınan Doğru adına isə müsbət cavab verilib və bu adın uşaqlara qoyulması tövsiyə olunub”, - Sayalı Sadıova əlavə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR