Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda koronavirus peyvəndi pulsuz olacaq? - AÇIQLAMA

Azərbaycanda koronavirus peyvəndi pulsuz olacaq? - AÇIQLAMA
Sakura

Azərbaycanda koronavirus peyvəndi pulsuz olacaq? - AÇIQLAMA

Ümumdünya Səhiyyə Təşkilatı Rusiyanın istehsal etdiyi peyvəndi təsdiq edib. Bundan əlavə Azərbaycana koronavirus peyvəndinin gətirilməsi ilə bağlı saziş imzalanıb. Bu gün insanları maraqlandıran əsas suallar koronavirus peyvəndinin vurulmasının məcburi və ödənişli olub-olmamasıdır.

Ens.az xəbər verir ki, bununla bağlı KONKRET.az-ın sualını cavablandıran professor Adil Qeybulla bildirib ki, Ümümdünya Səhiyyə Təşkilatının özünün müqayisəsi var:

“Ən yaxşı mənzərə İsveçdə qeydə alınıb. Orada sərt karantin rejimi olmayıb. Yalnız əsas karantin davranışları olub. Mən düşünürəm ki, bundan sonrakı mərhələdə insanlar daha çox karantin qaydalarına əməl etməlidirlər. Nəinki sərtləşməyə gedilsin. Çünki qış fəslində də sərtləşməyə gedilsə, çətin olacaq. Əlbəttə, epidemioloji vəziyyətə də baxılacaq. Qaldı ki, vaksin məsələsinə, bu, qəribə bir haldır. Çünki bütün ölkədə peyvənd neçə aparılacaq? İkinci tərəfdən biz bu peyvəndi sınaqdan keçirənlərdən olmadıq? Düşünürəm ki, bir az səbrli olmalıyıq”.

Adil Qeybulla vurğulayıb ki, peyvəndi  zorla heç kimə vurmaq olmaz:

“Müəyyən mütəxəssislər var ki, onlar vacib işlə məşğuldurlar.  Onların təhlükəsizliyi üçün peyvənd vurula bilər. Amma bütün əhalinin məcburi vurulması olmayacaq. Çünki bu peyvəndlər pulsuz vurulmur. Əsas məsələ budur. İnsanlar bunu nə dərəcədə qarşılaya biləcəklər. Bu məsələlər var. Mən hesab edirəm ki, peyvəndlər ilk olaraq könüllülərə vurula bilər.  Bundan əlavə o şəxslərə vurula bilər ki, insanlarla sıx münasibətdə olublar. Məsələn, metro işçiləri, avtobus sürücüləri, tibb işçiləri, tələbələr və.s. Gözləyək görək peyvənd hansı ölkədə əməlli-başlı tədbiq edilib və hansı nəticə əldə edilib”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR