Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda koronavirus nə zaman bitəcək? - Baş infeksionistdən açıqlama

Azərbaycanda koronavirus nə zaman bitəcək? - Baş infeksionistdən açıqlama
Sakura

Azərbaycanda koronavirus nə zaman bitəcək? - Baş infeksionistdən açıqlama

Azərbaycanda mayın 11-dək virus gəzdirən xəstələrimizin müddəti artıq qurtarır.

Bunu “Ölkə.Az”a açıqlamasında baş infeksionist Cəlal İsayev deyib.

 Onun sözlərinə görə, artıq biz  mayın ikinci ongünlüyündən etibarən koronavirus  epidemiyası təhlükəsinin  azalmasını müşahidə edəcəyik. “Artıq COVİD-19  infeksiyasının  sönmə prosesi başlayıb və bu proses may ayında daha da sürətlənəcək. Mayın 10-dan sonra isə  demək olar ki, virus gəzdirən insanlarımız inkubasiya müddəti bitir”- C. İsayev bildirib.

O, əlavə edib ki,  pandemiya ilə bağlı palet dövrü arxada qaldığından və müsbət dinamika davam etdiyindən mayın  ikinci yarısında Azərbaycan tamamilə karantin rejimindən  çıxa bilər.

Bununla belə baş infeksionist əlavə edib ki,  bütün bunlara baxmayaraq cəmiyyətdə  virus saxlana bilər və ona görə də biz ehtiyat tədbirlərimizi əldən verməməliyik: “Hətta karantin rejimi ləğv edilsə belə, biz bir müddət bu qaydalara ciddi əməl etməliyik”.

İkinci dalğanın olamasına gəldikdə isə C. İsayev bildirib ki, bu proses daha çox insanlarımızdan asılıdır: “Karantin rejimin yumşaldılması prosesi gedir. Amma bu demək deyil ki, qaydalara, tövsiyyələrə əməl etməyim, buna yol vermək olmaz. Tövsiyyə və qaydalara ciddi əməl olunmalıdır.  Bacardığımız qədər özümüzü qorumalıyıq. Nəinki özümüzü  başqalarını da...  İndi necə hərəkət ediriksə, onda da elə hərəkət etməliyik. İnsanların çox olduğu yerlərə getməkdən, təmaslardan maksimum  çəkinməliyik. Gigiyenik qaydalara ciddi əməl olunmalıdır”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR