Dərc edildi: Baxış sayı: 286
Azərbaycanda karantin rejiminə əməl etməyənlərə sərt xəbərdarlıq
“Karantin rejiminin tələblərinə riayət edilməsinə ciddi nəzarət olacaq”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
O qeyd edib ki, qoruyucu tibbi maskaların istifadəsi məcburi olacaq:
“Qaydalara əməl etməyənlər cərimələnəcək. Sərbəstlik çoxaldıqca, məsuliyyət artacaq. Cəzalar yüksələcək və sərtləşəcək.
Cərimələrdən qaçmaq mümkün olmayacaq. Cəzanın miqdarı hələ dəqiqləşməyib. Məsələ ilə bağlı sənəd parlamentə təqdim olunub. Sənəd təsdiqləndikdən sonra müvafiq qərar elan olunacaq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət