Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda işsizlik 5 faizdir deyən Dünya İqtisadi Forumu bu rəqəmi haradan alıb?

Azərbaycanda işsizlik 5 faizdir deyən Dünya İqtisadi Forumu bu rəqəmi haradan alıb?
Sakura

Azərbaycanda işsizlik 5 faizdir, Dünya İqtisadi Forumunun (DİF) hesabatında deyilir

Azərbaycanda işsizlik 5 faizdir, Dünya İqtisadi Forumunun (DİF) hesabatında deyilir. Müstəqil ekspertlər isə bu rəqəmin daha böyük olduğunu bildirir.

DİF-in Azərbaycanda işsizliyin 5 faiz olması barədə məlumatı Prezident İlham Əliyevin ilin əvvəlində Nazirlər Kabinetinin ilin yekunlarına dair iclasında dediklərilə üst-üstə düşür.

Azərbaycan Prezidenti İlham Əliyev bu ilin əvvəlində Davosda etdiyi çıxışında Azərbaycanda işsizlik səviyyəsinin aşağı olduğunu demişdi.

"Qeyd etməliyəm ki, ilin yekunlarına görə Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir. Hesab edirəm ki, bu da dünya miqyasında ən yaxşı nəticələrdən biridir", Prezident Əliyev belə bəyan etmişdi.

Görəsən, DİF bu hesabatı İlham Əliyevə və yaxud Statistika Komitəsinə istinadlamı hazırlayıb? Elədirsə, bu, DİF-in obyektivliyini şübhə altına almırmı?

"Bir neçə mənbə"

Dünya İqtisadi Forumunun iqtisadçısı Roberto Crotti BBC News Azərbaycancaya deyib ki, hesabat bir neçə mənbədən olan məlumatlar əsasında hazırlanıb. Buna 140 ölkədən olan tərəfdaşların məlumatları və sorğular da daxildir.

Onun sözlərinə görə, DİF Azərbaycanda işsizlik səviyyəsinin 5 faiz olması haqda məlumatları Beynəlxalq Əmək Təşkilatının məlumat bazasından götürüb və digər məlumatları əlavə edib.

"Beynəlxalq Əmək Təşkilatı iş statistikası üzrə dünyada ən etibarlı beynəlxalq bazadır. Bundan başqa, Dünya Bankı və dünya inkişaf göstəricilərinə və statistikalarına etibar edirik".

İqtisadçının sözlərinə görə, onlar ölkə səviyyəsindəki statistikalara baxır:

"Biz sorğu keçirə biləcək etibarlı tərəfdaşlarla işləyirik, onlara sorğumuzu təqdim edirik, onlar da şirkətlərdən cavabları toplayaraq bizə göndərirlər".

Azərbaycanla bağlı məlumatları toplayan cənab Crotti qeyd edir ki, Dünya İqtisadi Forumunun sözügedən hesabatı ölkələrdəki vəziyyəti göstərmək üçün hazırlanır və bu məlumatlar təkcə yerli tərəfdaşlardan gəlmir.

"Biz lazım olan məlumatların kateqoriyasından asılı olaraq müxtəlif mənbələrdən istifadə edirik. Məsələn, işsizlik statistikası üzrə əsas mənbəyimiz Beynəlxalq Əmək Təşkilatı və Dünya Bankıdır. Digər göstəricilərdə isə məsələn, terrorizm haqqında məlumatları Terrorizmi Araşdırma və Terrorla Mübarizə üzrə Milli Konsorsiumdan, sosial kapital haqda Legatum İnstitutundan, büdcə şəffaflığı haqda Dünya Bankından, mətbuat azadlığı haqda Sərhədsiz Reportyorlar təşkilatından alırıq. 97 göstərici haqda məlumatların hər biri fərqli mənbələrdən əldə edilir".

Azərbaycan üzrə tərəfdaşlar kimlərdir?

Hesabatda Azərbaycan üzrə tərəfdaşların Azərbaycan Marketinq Cəmiyyəti olduğu göstərilir.

Azərbaycan Marketinq Cəmiyyətinin məlumatında deyilir ki, onlar 2006-cı ildən etibarən Dünya İqtisadi Forumunun hesabatı üçün Azərbaycanda şirkət sahibləri arasında sorğu keçirir.

Cəmiyyətin keçmiş sədri, mərhum Rəhim Hüseynov İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzi və nazirliyin Antiinhisar Siyasəti Departamentinin direktoru, İqtisadi İnkişaf Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun müşaviri olub.

Bundan başqa, müxtəlif illərdə BMT, Böyük Britaniya Marketinq Akademiyasının və Amerika Marketinq Assosiasiyası, Beynəlxalq İqtisadi Əməkdaşlıq Təşkilatı, Ümumdünya Ticarət Təşkilatı Beynəlxalq Ticarət Mərkəzi ilə əməkdaşlıq edib.

"İşsizliyin səviyyəsinin ölçülməsi üzrə alternativ məlumat yoxdur"

İqtisadi təhlilçi Rövşən Ağayev hesab edir ki, DİF-in Azərbaycanla bağlı hesabatı həmişə müstəqil iqtisadçılar tərəfindən tənqid olunub.

Onun sözlərinə görə, iqtisadçılar dəfələrlə Global Rəqabətlilik İndeksində Azərbaycanın yerinin ölkədəki real vəziyyətə adekvat olmadığını bildiriblər.

"Məsələn işsizlik üzrə göstərici. Biz bilirik ki, Azərbaycanda əhalinin məşğulluqla bağlı çox ciddi problemi var və ölkədə qeyri-rəsmi məşğulluğun miqyası həddən artıq böyükdür. İnsanların əhəmiyyətli hissəsi aşağı maaşlı işlərdə çalışır. Üstəgəl əmək şərtlərini göstərən müqavilə ilə işləyənlərin sayı ümumi məşğulluqda həddindən artıq azdır", Rövşən Ağayev deyib.

O bildirib ki, Azərbaycanda məşğulluqla bağlı "ciddi problemlər var və ölkə iqtisadiyyatının durumunu çox yaxşı analiz edənlər, yerli təhlilçilər" belə hesabatları təəccüblə qarşılayır.

Şərhçi onu da əlavə edib ki, Azərbaycanda işsizliyin səviyyəsinin ölçülməsi üzrə alternativ məlumat yoxdur.

"İqtisadiyyat iki dəfə pisləşib"

DİF-in hesabatında Azərbaycan iqtisadiyyatı haqqında məlumatlar var.

Azərbaycan iqtisadiyyatı ötən illə müqayisədə iki dəfəyə yaxın pisləşib.

140 ölkə arasında keçən il 35-ci yeri tutan Azərbaycan bu hesabatın nəticələrinə görə indi 69-cu yerdədir.

İlk beşliyə ABŞ, Sinqapur, Almaniya, İsveçrə və Yaponiya daxil olub.

Rusiya siyahıda 43-cü, Türkiyə 61-ci, Gürcüstan 66-cı, Ermənistan isə 70-ci yerdədir.

Hesabatda rəqabətlilik qurumlar, siyasət və məhsuldarlığın səviyyəsini müəyyən edən amillər əsasında hesablanıb. Göstəricilərdə 1 ən yaxşı, 140 isə ən pis qəbul olunur.

pul

Terrorizm aşağı, korrupsiya yuxarısəviyyədədir

Azərbaycanda terrorizm səviyyəsi çox aşağı (100 təhlükəsiz baldan 99.7), korrupsiya halları isə yüksək qiymətləndirilib.

Bundan başqa, Azərbaycan polis xidmətlərinə inam indeksinə görə 53-cü, mətbuat azadlığına görə 133-cü, büdcə şəffaflığına görə 116-cı yeri tutub. Bu, polis xidmətlərinə görə orta, mətbuat azadlığı və büdcə şəffaflığına görə aşağı göstərici hesab edilir.

Hesabatda Azərbaycan yollarının keyfiyyətinə görə 34-cü, internet istifadəçilərinin say nisbətinə görə 36-cı yerdədir.

neft

Neft, əmək bazarı, iqtisadi sabitlik

Hesabatda deyilir ki, 2017-ci ilin sonlarından neftin barelinin 60 dollardan yuxarı səviyyədə qalması Azərbaycan və Qazaxıstan iqtisadiyyatının böyüməsinə səbəb olub.

Sənəddə qeyd olunur ki, Ermənistan, Azərbaycan, Gürcüstan və Qazaxıstan kimi ölkələr əmək bazarında islahatlar apararsa, ixtisaslı işçilərin təyinatı və saxlanmasını təkmilləşdirə bilər.

Qlobal Rəqabətlilik İndeksi həmçinin makroiqtisadi sabitlik və infrastruktur baxımından Avrasiya regionunda diqqətçəkən bərabərsizlikləri qeyd edir.

Azərbaycan və Ukraynanın bu baxımdan fəaliyyəti ikirəqəmli inflyasiya, artan və ya yüksək dövlət borcuna görə regionun orta göstəricisindən xeyli aşağı dəyərləndirilir.

Azərbaycan makroiqtisadi stabilliyə görə 126-cı, səhiyyə üzrə 91-ci, əmək bazarına görə 40-cı, maliyyə sisteminə görə 96-cı yerdə qərarlaşıb.

elektrik

Elektrik enerjisi üzrə 1-ci yer

Hesabatda deyilir ki, Azərbaycan əhalinin elektrik enerjisi ilə təminatına görə 1-ci yeri digər 65 ölkə ilə paylaşıb.

Azərbaycan elektrikləşdirmə indeksi üzrə müəyyən edilmiş maksimum 100 baldan hamısını toplayıb.

Sənəddə Azərbaycanda işsizlik səviyyəsinə də toxunulub. Bu, 5 faiz olaraq göstərilib. Müstəqil təhlilçilər isə Azərbaycanda işsizlik səviyyəsinin daha yüksək olduğunu deyirlər.

 

Mənbə: BBC.com


 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR