Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda ipoteka kağızı elektronlaşdırılır

Azərbaycanda ipoteka kağızı elektronlaşdırılır
Sakura

Azərbaycanda ipoteka kağızı elektronlaşdırılır

Azərbaycanda ipoteka kağızının elektronlaşdırılması üçün “İpoteka haqqında” qanuna dəyişiklik edilir. Femida.az-ın məlumatına görə, müvafiq qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirə olunub.

Sənəd "Azərbaycanda ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında" ölkə prezidentinin 22 iyun 2016-cı il 22 iyun tarixli fərmanının 9.2-i bəndinin icrası, habelə bu sahədə məmur-vətəndaş təmasının minimum səviyyəyə çatdırılması, şəffaflığın artırlması, sağlam və təhlükəsiz elektron informasiya mübadiləsinin təmin edilməsi məqsdəilə hazırlanıb. 

Dəyişikliklər daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının qeydiyyatının və dövriyyəsinin elektron qaydada təşkili ilə bağlı müddəalarının hüquqi əsasının formalaşdırılmasını, həmçinin ipoteka kağızının tərtib olunması, ipoteka qoyan tərəfindən imzalanması, onun notariat qaydasında təsdiqlənməsi və digər prosedurlarların elektron qaydada həyata keçirilməsini nəzərdə tutur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR