Azərbaycanda intellektual elektron kitabxanaların formalaşması problemləri araşdırılır
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun 2018-ci il üzrə hesabatının müzakirəsinə həsr olunmuş növbəti seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda şöbə müdiri Mədinə Səidova elektron elmin formalaşması problemləri üzrə elmi jurnalların və tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün indekslərin işlənilməsi, beynəlxalq akademik bazalarda mövcud “yırtıcı nəşriyyat” və “oğurlanmış jurnal”ların aşkarlanması və onlardan qorunma yolları barədə məlumat verib. Məruzəçi Azərbaycanda intellektual e-kitabxanaların formalaşması problemləri və s. istiqamətlərdə araşdırmaların aparıldığını qeyd edib.
O, həmçinin cari ildə “Tədqiqatçıların və elmi əsərlərin qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işinin müdafiəsinin keçiriləcəyini diqqətə çatdırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət