Azərbaycanda insanlar daha çox hansı yaşlarda ölür?
Azərbaycanda ötən il ölənlər arasında 75-79 yaşlı insanlar üstünlük təşkil edib.
Oxu.Az xəbər verir ki, Report-un Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ötən il qeyd olunan yaşda ölənlərin sayı 9180 nəfər olub.
Dünyasını dəyişənlər arasında ən aşağı rəqəm isə 10-14 yaşlılar arasında (174) qeydə alınıb.
Bundan başqa, ötən il 80-84 yaşında ölənlərin sayı 8616, 85 və daha yuxarı yaşda ölənlərin sayı 7305, 65-69 yaşlarında ölənlərin sayı 5357, 55-59 yaşlarında ölənlərin sayı 5010 nəfərə çatıb.
50-54 yaşlarında ölənlərlərin sayı ilə 70-74 yaşında dünyasını dəyişənlərin sayı bir-birinə yaxın olub.
Belə ki, ötən il Azərbaycanda 50-54 yaşlarında 3454, 70-74 yaşlarında isə 3874 nəfər ölüb.
Ötən il ölkədə ümumillikdə 56648 nəfər ölüb. Onlardan 29924 nəfəri kişi, 26724-ü qadınlar olub.
E.Ə.
www.oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət