Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda ilk dəfə yaşlıların festivalı keçirilib

Azərbaycanda ilk dəfə yaşlıların festivalı keçirilib
Sakura

Azərbaycanda ilk dəfə yaşlıların festivalı keçirilib

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin 2019-cu il üzrə elan etdiyi “Sosial layihələr” müsabiqəsi çərçivəsində qalib elan edilən “Üçüncü Bahar” layihəsi tərəfindən Azərbaycanda ilk dəfə yaşlıların festivalı keçirilib.

"Report" xəbər verir ki, festivalın ilk günü yaşlı insanların iştirakı ilə Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində “poeziya saatı”, “musiqili dəqiqələr” adlı silsilə tədbirlər keçirilib, təqaüdçülərin hekayələri dinlənilib.

Festivalın ikinci günü Bakı şəhərində davam edib. İki hissədən ibarət olan proqramın birinci hissəsi ustad dərsləri və sərgiyə, ikinci hissəsi isə festivalın bağlanış proqramına həsr edilib. Nizami Kino Mərkəzində baş tutan festivalın birinci hissəsində iştirakçılar masaüstü oyunlar, ustad dərslərində maraqla iştirak ediblər. Daha sonra qonaqlar “Üçüncü Bahar” üzvləri tərəfindən hazrlanan əl işlərinin nümayiş olunduğu sərgi güşəsi ilə tanış olublar.

Proqramın ikinci hissəsi “Üçüncü Bahar” təşkilatının 3 illik fəaliyyəti haqqında video çarxın nümayişi ilə başlanıb.Daha sonra festivalın ilk günü haqqında video çarx təqdim edilib, “Yaşlılardan ibarət xor kollektivinin” ifası dinlənilib, “Nəsillərarası dialoq” səhnəciyi nümayiş edilib. Tədbir yaşlı və gənc nəslin nümayəndələrinin “Hər şey gözəldir həyatda” mahnısı əsasında vals rəqsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Üçüncü Bahar” layihəsinin məqsədi yaşlıların əhatə dairəsinin genişləndirilməsi, onların fəal yaşamasının təbliğ olunması, yaşlı insanlar üçün özünüməşğulluq imkanlarının yaradılması, psixoloji və sağlamlıq durumlarının yaxşılaşdırılmasıdır.

Layihə çərçivəsində “Üçüncü bahar” Festivalından sonra Şamaxı şəhərində yaşlıların asudə vaxtının səmərəli təşkili üçün “Yaşa Mərkəzi”nin istifadəyə verilməsi nəzərdə tutulub. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR