Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda ilk dəfə qaza tələbat gözlənildiyindən çox olub

Azərbaycanda ilk dəfə qaza tələbat gözlənildiyindən çox olub
Sakura

Azərbaycanda ilk dəfə qaza tələbat gözlənildiyindən çox olub

Fevralın 10-dan etibarən ilk dəfə olaraq qaza tələbat gözlənildiyindən xeyli artıb.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin verdiyi məlumata görə, qeyd olunan tarixdə respublika üzrə qaza tələbat sutkalıq 41 mln. kubmetrə çatıb. Ötən ilin təcrübəsinə görə, sutkalıq tələbat 35 mln. kubmetri keçmirdi.

Tələbatın bu həddə çatmasının reallıqlarının əsasında abonent sayının artması, qazdan istifadəyə görə borclu olan istixana sahiblərinə “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi tərəfindən edilən güzəştlər, sənaye müəssisələrinin qaza olan ehtiyacının vaxtında təminatı, eləcə də, şəbəkənin saz vəziyyətdə saxlanılaraq fasiləsiz və rejimlərə uyğun normal qaz təchizatının həyata keçirilməsi dayanır.

 

Məlumat üçün qeyd edək ki, 2019-cu ilin analoji dövrü ilə müqayisədə (10 fevral 2019) qaza olan tələbatın artımında sutkalıq 9 mln. kubmetrdən çox fərq var. Ötən il bu gün üçün tələbat 32 mln. kubmetrə yaxın olub. Bakı şəhəri üzrə hazırda qaza olan tələbat 22 mln. kubmetrdən çox (2019-cu ildə 17 mln. kubmetr), regionlar üzrə isə qaza olan tələbat 17 mln. kubmetrdən çox (2019-cu ildə 13 mln. kubmetr) təşkil edir.

Bildirilir ki, hazırda ölkə ərazisində hava şəraitinin kəskin şəkildə dəyişməsini nəzərə alaraq Birlik tərəfindən Qaz Paylayıcı Stansiyalarda (QPS) yerləşən ölçü qovşaqlarından qidalanan orta təzyiqli qaz kəmərlərinin başlanğıc, orta və son nöqtələrində quraşdırılmış qaz tənzimləyici qurğuların giriş-çıxış təzyiqləri ciddi araşdırılır.

Texnoloji rejimin artırılmasına tələbatın olduğu halda, qaz təchizatı şəbəkəsində boruda olan qazın həcmi ciddi şəkildə azalmayıb, texnoloji rejimlərin vaxtında verilməsi və qaz şəbəkələrində optimal vəziyyətin saxlanılması təmin olunur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR