Dərc edildi: Baxış sayı: 457
Azərbaycanda həftənin ən yaxşı futbolçusu açıqlanıb
Azərbaycan Premyer Liqasının VII turunun ən yaxşı futbolçusu məlum olub.
"Report" Peşəkar Futbol Liqasının rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, "Zirə"nin müdafiəçisi Miloş Radivoyeviç ən yaxşı oyunçu adına layiq görülüb.
Serbiyalı oyunçu VII turda “Qəbələ”yə qarşı keçirilən matçda komandasına qələbə qazandıran qolun müəllifi olub.
Qeyd edək ki, turun ən yaxşı futbolçusu “InStat” şirkətinin təhlilinə əsasən müəyyənləşdirilir. Miloş Radivoyeviç həmçinin VII turun rəmzi komandasında da yer alıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət