Slimfit
  1. AZƏRBAYCAN

"Azərbaycanda hakimlərin maaşının azaldılması qadağan olunub" - Nazir

"Azərbaycanda hakimlərin maaşının azaldılması qadağan olunub" - Nazir
Sakura

"Məhkəmə sisteminin fəaliyyətinin müasirləşdirilməsinə xüsusi əhəmiyyət verilmiş, bu sahədə mütərəqqi…

"Məhkəmə sisteminin fəaliyyətinin müasirləşdirilməsinə xüsusi əhəmiyyət verilmiş, bu sahədə mütərəqqi qanunvericilik bazası yaradılmış, məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanı - Məhkəmə-Hüquq Şurası təsis edilib".

Femida.az xəbər verir ki, bunu Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyib.

O, bildirib ki, məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi məqsədilə qanunvericiliyə 50-dək dəyişiklik edilib, şuranın səlahiyyətləri ilbəil genişləndirilib, o cümlədən hakimlərin müstəqilliyinin təmini və fəaliyyətinə kənar müdaxilələrin qarşısının alınması həvalə edilib, hakimlərin təyinatında, səlahiyyətinə xitam verilməsində şuranın rolu artırılıb:

"Azərbaycanda hakimlərin maaşının məbləğini qanunla konkret müəyyən etməklə yanaşı, onun azaldılması qadağan olunub.

Həmçinin hakimlərin iş yükünün həddən artıq çox olması ilə əlaqədar qanunvericilik və institusional tədbirlər görülüb, icrası edilmiş məhkəmə qərarları üzrə icraata xitam verilməsi və icra işi üzrə icraatın dayandırılması səlahiyyətləri icra məmurlarına, habelə mülki xarakterli işlərin təxminən üçdəbirini təşkil edən əmr icraatı qaydasında baxılan mübahisəsiz tələblərin həllinin notariat orqanlarına həvalə edilməsi və mediasiya institutunun geniş təşviqi məhkəmələrin iş yükünün azalmasına xidmət edir.

Yeni nəsil hakim korpusunun formalaşdırılması məqsədilə mütərəqqi Qaydalar hazırlanıb, müstəqil qurum - Hakimlərin Seçki Komitəsi yaradılıb. Çoxmərhələli imtahanlarda şəffaflıq və obyektivlik, o cümlədən bütün prosesin - sualların seçilməsi, çoxaldılaraq paylanması, nəticələrin yoxlanması və elan edilməsi, çoxsaylı yerli və beynəlxalq müşahidəçilərin, KİV nümayəndələrinin qarşısında keçirilməsi və onlayn rejimdə canlı yayımlanması, nüfuzlu beynəlxalq təsisatların da diqqətini cəlb edib.v

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR