Dərc edildi: Baxış sayı: 1141
Azərbaycanda general-mayor və polkovnik şəhid oldu - RƏSMİ
Azərbaycanda general-mayor və polkovnik şəhid oldu - RƏSMİ “İyulun 13-dən 14-nə keçən gecə Tovuz rayonunda şiddətli döyüşlər davam edib. Düşmənə sarsıdıcı zərbələr endirilib, yüzə qədər canlı qüvvəsi, texnikaları məhv edilib”. Oxu.Az-ın cəbhə bölgəsində olan müxbirinin verdiyi məlumata görə, bunu Müdafiə nazirinin müavini Kərim Vəliyev Ermənistanın Tovuz rayonu istiqamətindəki təxribatları barədə keçirdiyi brifinqdə bildirib. O qeyd edib ki, Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid olub. “Bizim generallar əsgərlə çiyin-çiyinə, cəsarətlə döyüşürlər”. K.Vəliyev əlavə edib ki, hazırda döyüşlər davam edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət