Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda əsasən 60-90 min manatlıq mənzillərə ipoteka verilir - Cədvəl

Azərbaycanda əsasən 60-90 min manatlıq mənzillərə ipoteka verilir - Cədvəl
Sakura

Azərbaycanda əsasən 60-90 min manatlıq mənzillərə ipoteka verilir - Cədvəl

Azərbaycanın İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) portfelinin ipoteka predmetinin dəyəri üzrə pay bölgüsü açıqlanıb.

"APA-Economics"in Fonda istinadən verdiyi xəbərə görə, Fondun portfelində əsas yeri 60-90 min manatlıq kreditlər tutub. İKZF-in portfelinin 37,41% və ya 756 979 491 manatını məhz bu dəyərdə olan ipoteka kreditləri əhatə edib. Portfeldə ən az payı (0,57% və ya 11 602 560 manat) isə dəyəri 30 min manatadək olan ipotekalar təşkil edib.

Qeyd edək ki, hazırda 150 min manatadək ipoteka kreditləri minimal ilkin ödəniş 15% olmaqla maksimal 25 il müddətinə verilir. İllik faiz dərəcəsi zəmanət verilmiş kreditlər üzrə 8%, zəmanət verilməmiş kreditlər üzrə 7% təşkil edir.

İKZF-in portfelində 30.12.2019-cu il tarixinə ipoteka predmetinin dəyərinin pay bölgüsü:

İpoteka predmetinin dəyəri, AZN

Portfeldə payı, AZN

Portfeldə payı, %

1

60 000-90 000

756 979 491

37,41

2

30 000- 60 000

516 908 751

25,54

3

>120 000

433 608 103

21,43

4

90 000-120 000

304 617 908

15,05

5

<30 000

11 602 560

0,57

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR