Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda epidemiya əleyhinə rejimi pozanlar üç ilədək həbs ediləcək

Azərbaycanda epidemiya əleyhinə rejimi pozanlar üç ilədək həbs ediləcək
Sakura

Azərbaycanda epidemiya əleyhinə rejimi pozanlar üç ilədək həbs ediləcək

Azərbaycan Prezidenti İlham Əliyev Cinayət Məcəlləsinə dəyişiklikləri təsdiqləyib.

Report” xəbər verir ki, Məcəlləyə əlavə edilən 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsinə görə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması, xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Eyni əməllər insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR