Azərbaycanda ən yüksək əməkhaqqı olan sahələr açıqlandı
"Kommersant.az" xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, əməkhaqqı neft sektorunda üç min manatdan yuxarı, qeyri-neft sektorunda 488 manat təşkil edib.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 435,2 manat, özəl müəssisələrdə isə 690,4 manat olub.
Ən yüksək əməkhaqqı mədənçıxarma sənayesində çalışanlarda qeydə alınıb. Bu sahədə özəl sektorda çalışanlar dörd min manatdan yuxarı maaş alıblar. Bundan sonrakı yeri peşə, elmi-texniki fəaliyyət təşkil edir və burada işləyənlərin əməkhaqqı iki min manatdan yüksəkdir. Maliyyə və sığorta fəaliyyəti üzrə çalışanlar isə 1400 manatdan yüksək maaşla üçüncüdürlər.
Ən aşağı əməkhaqları səhiyyə və sosial xidmətlər (240 manat), istirahət, əyləncə, incəsənət (295 manat), kənd təsərrüfatı (281 manat) sahələrində çalışanlarda qeydə alınıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət