Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda ən çox tutulan balıqlar

Azərbaycanda ən çox tutulan balıqlar
Sakura

Azərbaycanda ən çox tutulan balıqlar

Azərbaycanda 2017-ci ildə 136 hüquqi və fiziki şəxsə balıq ovu üçün verilmiş 1024,9 ton kvotaya qarşı 964,9 ton balıq ovlanıb.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, 2016-cı illə müqayisədə 2017-ci ildə 30,5 faiz çox balıq ovlanıb. Ovlanmış balığın 559,1 tonu kilkə, 100,1 tonu kütüm, 74,9 tonu siyənək, 59,1 tonu kefal, 49,8 tonu külmə, 36,9 tonu çəki, 30,9 tonu çapaq, 24,7 tonu dabanbalığı, 5,6 tonu şamayı, 23,8 tonu digər balıq növlərinin payına düşür.

Məlumata görə, ötən il balıqçılar tərəfindən kvota üçün 41,1 min manat ödənilib.

Bundan başqa, qeyd edək ki, su hövzələrində balıq ehtiyatlarının süni yolla artırılması və bərpası, müxtəlif balıq növlərinin yetişdirilməsi, eləcə də onların mühafizəsi əhalinin ərzaq məhsulları ilə davamlı və dayanıqlı təminatına yönəlmiş tədbirlərdəndir. Bu səbəbdən 2017-ci ildə ölkədə vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə 3114,6 min manat və ya 2016-cı illə müqayisədə 5,9 faiz çox vəsait sərf olunub. Həmin vəsaitin 91,8 faizi süni balıqartırma müəssisələrinin fəaliyyətinə, 8,2 faizi isə balıqçılıq təsərrüfatları üzrə meliorasiya tədbirlərinin həyata keçirilməsi işlərinə xərclənib.

Ötən il vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi ilə məşğul olan təsərrüfatlar tərəfindən təbii su hövzələrinə və anbarlarına buraxılan 437,2 milyon ədəd balıq körpələrinin 423,1 milyon ədədi çəkikimilərin, 8,4 milyon ədədi nərəkimilərin, 5,5 milyon ədədi bitki ilə qidalanan balıqların və 0,2 milyon ədədi qızıl balıqların payına düşüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR