Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda əhalinin təbii artımı azalıb

Azərbaycanda əhalinin təbii artımı azalıb
Sakura

Azərbaycanda əhalinin təbii artımı azalıb

Azərbaycanda əhalinin təbii artımı davam etsə də, son 27 il ərzində təbii artım əmsalı 2 dəfədən çox azalıb.

Trend-in məlumatına görə, son 27 ildə Azərbaycanda əhalinin ən yüksək təbii artım əmsalı 1990-cı ildə qeydə alınıb.

1990-cı ildə Azərbaycanda əhalinin təbii artımı 140 170 nəfər olduğu halda, 2017-ci ildə bu say 86 932-ə enib.

Son 27 ildə ölkədə əhalinin hər 1000 nəfərinə düşən təbii artım əmsalı 1990-cu ildəki 19,8 göstəricisindən 8,9-a (2017-ci il) enib.

Artım əmsalının formalaşmasında kişilərin payı qadınlara nisbətən yüksəkdir.

2017-ci ildə kişilər üzrə təbii artım əmsalı 9,5 (1990-cı ildə 20,7), qadınlar üzrə 8,3 (1990-cı ildə 19) olub.

Azərbaycanda şəhər yerləri ilə müqayisədə kənd yerlərində əhalinin təbii artım göstəricisi daha yüksəkdir. 2017-ci ildə kənd yerləri üzrə əhalinin təbii artım göstərici 10,6, şəhər yerlərində 7,4 olub.

27 il əvvəl - 1990-cı ildə isə şəhər yerlərində bu göstərici 16,9, kənd yerlərində 23,3 olub.

Qeyd edək ki, BMT-nin orta ssenari proqnozuna əsasən, Azərbaycan əhalisinin ümumi artımı növbəti illərdə davam edəcək və 2030-cu ildə 10,7 milyon nəfərə çatacaq. Əhalinin yaş strukturu üzrə proqnozlar əsasında müəyyən olunub ki, növbəti illərdə ölkə əhalisinin təbii artımı nisbətən azalacaq və bu, 15 yaşadək olanların xüsusi çəkisinin 2025-ci ildən sonra aşağı düşməsi ilə nəticələnəcək.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev hazırda ölkəmizdə müsbət demoqrafik vəziyyətin olduğunu, əhalinin təbii artım tempinin davam etdiyini bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR