Azərbaycanda əhalinin pul gəlirləri artdı
2019-cu ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 7 mlrd. 619,7 mln. manat olub.
Oxu.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 5,1% çoxdur.
İlin ilk iki ayında isə Azərbaycanda orta illik inflyasiya 1,9% təşkil edib. Bu isə o deməkdir ki, gəlirlər inflyasiyanı üstələyir.
Statistik məlumatlara görə, cari ilin yanvar-fevral aylarında əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 4,2% - 772,2 manatadək artıb.
Bu dövrdə bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 6 mlrd. 952 mln. manat qalıb ki, bu da 2018-ci ilin yanvar-fevral aylarının göstəricisindən 5,2% çoxdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət