Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda e-mail sübut sayılırmı? – 265 min dollarlıq məhkəmə işi

Azərbaycanda e-mail sübut sayılırmı? –  265 min dollarlıq məhkəmə işi
Sakura

Azərbaycanda e-mail sübut sayılırmı? – 265 min dollarlıq məhkəmə işi

Azərbaycanda internet yazışmalarının, daha dəqiqi elektron məktubun (e-mail-in) iqtisadi mübahisələrdə sübut kimi qəbul edilib edilməməsi məhkəmədə müzakirə edilib.

Əvvəl inzibati iqtisadi, daha sonra isə,  19 iyun 2019-cu il tarixli qərarında Ali Məhkəmə sərlövhədəki suala cavab verməli olub.

Məhkəmədə iddiaçı tərəf "Altem Alüminiyum Ltd" şirkəti olub. O sifariş aldığı "Falez Memarlıq" MMC şirkətini məhkəməyə verərək ondan email vasitəsilə əlavə işlər sifarişi aldığını iddia edir, və bu işlərin yerinə yetirlməsinə görə, ödəniş tələb edir. Şirət qarşı tərəfdən 58,4 min dollar tələb edir.

Qarşı tərəf - "Falez Memarlıq" MMC isə öz növbəsində qarşılıqlı iddia ilə "Altem Alüminiyum Ltd"-dən üst-üstə 206 min dollar tələb edir.

Ali Məhkəmənin hakimi Valeh Ağayevin sədrliyi ilə baxılan məhkəmə mübahisəsinin kökü 2015-ci ilə gedib çıxır. Həmin il Qazaxıstan səfirliyinin Xətai rayonundakı səfirlik binası kompleksinin tikintisi çərçivəsində pvc doğrama, aliminium və profil quraşdırılması işləri aparılmalı idi. Sifarişçi kimi "Falez Memarlıq" MMC, icraçı kimi isə "Altem Alüminiyum Ltd" şirkəti olub.

İşlər görülüb təhvil verildikdən sonra Səfirlik bəzi işlərin yarımçıq qaldığını bildirərək onların tamamlanmasını tələb edib. Bundan sonra aparılan işlərlə bağlı sifarişç i və icraçı şirkətlər arasında mübahisə yaranıb.

Məhkəmədə iddiaçı (58,4 min dollarlıq iddia ilə) Cavabdeh üçün podrat müqaviləsinə əsasən işlər görür. İşlərin görülməsi əsnasında Cavabdeh tərəfdən əlavə işlərin görülməsi barədə aldığı e-mailləri İddiaçı məhkəməyə sübut kimi təqdim edir. Mülki Məcəllənin 753.3-cü maddəsinə görə isə belə əlavə işləri sifarişçi, yəni cavabdeh tələb edibsə, podratçının, yəni iddiaçının buna görə əlavə muzd almaq hüququ yaranır. Apellyasiya instansiya məhkəməsi İddiaçının belə əlavə işlərin Cavabdeh tərəfindən e-mail yazışmaları ilə tələb edilməsi dəlilini qəbul etməyib.

Ali Məhkəmə də aşağı instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və qeyd edir ki, təqdim edilmiş yazışmaların sübut kimi qəbul olunması yolverilməzdir. Bunu əsaslandırmaq üçün Ali Məhkəmə Mülki Prosessual Məcəllənin 89.2-ci maddəsinə istinad edir. Həmin maddəyə görə isə belə yazışmalar o zaman qəbul edilə bilər ki, onların həqiqiliyini müəyyən etmək mümkün olsun.

Ümumi olaraq kontekstdən belə başa düşülür ki, sözügedən yazışmalar sadəcə çap olunub və məhkəməyə təqdim edilib. Hüquqşünas Emin Kərimovun “Elektron yazışma (e-mail) məhkəmədə mümkün sübut kimi” yazısında belə yazışmalardan sübut kimi istifadə etmək üçün tövsiyələr mövcuddur. Yazışmaların həqiqiliyini təsdiq etmək üçün müstəqil ekspertdən rəy əldə edilə bilə, həqiqiliyin yoxlanılması üçün müvafiq məhkəmə ekspertizasının təyin edilməsi məhkəmədən xahiş edilə bilərdi.

Ümumi nəticə odur ki, e-mail yazışmalarını Azərbaycan məhkəmələrində istifadə etmək istəyən şəxslər yazışmanı çap edib təqdim etməklə kifayətlənməməlidirlər. Onu da qeyd edim ki, qabaqcıl ölkələrdə e-maillə göndərilmiş sənədlər və məlumatlar elektron imzalanmış hesab olunur və əslində, Azərbaycan qanunvericiliyi də buna imkan verir1. Buna görə də, məhkəmələr elektron məlumatı tamamilə sübut kimi kənarlaşdırmamalıdırlar. Əgər məsələn, ekspertiza e-mail məktubunun həqiqiliyini təsdiq edirsə, cavabdeh belə yazışmanın olduğunu təsdiq edirsə, ya da mübahisələndirmirsə, belə məktublar gərək sübut kimi qəbul olunsun.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR