Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda dron “problemi” – Deputat isə razılaşmır

Azərbaycanda dron “problemi” – Deputat isə razılaşmır
Sakura

Azərbaycanda dron “problemi” – Deputat isə razılaşmır

Müasir dövrdə texnologiyanın inkişafı insanların həyatını daha rahat edir.  Nümunə kimi, hava çəkilişləri üçün istifadə edilən dronları qeyd etmək olar. 

Həmin uçan aparatlar vasitəsilə şəhər görüntüləri, film, kliplər çəkilir, hətta hərbi əməliyyat aparan zaman aktiv olaraq istifadə olunur. Qonşu ölkə Rusiyada dronlar vasitəsilə poçt xidməti evlərə çatdırılır.

Bu ildən etibarən “Google” şirkəti Avstraliyanın paytaxtı Kanberra şəhərində pilotsuz uçan aparatların köməyilə dünyada ilk kommersiya yönümlü çatdırma xidmətini istifadəyə verib.  

Belə ki, sürücüsüz idarə olunan təyyarələr yemək, içki, dərman və başqa malları birbaşa evə çatdırmaq üçün nəzərdə tutulub. Ölkəmizdə məsafədən idarə edilən pilotsuz uçan aparatların xüsusi icazə əsasında mülki dövriyyədə olmasına  2017-ci ilin may ayından icazə verilib. 

Dronların istifadəsi üçün  müvafiq dövlət orqanından icazə alınmalıdır. 2019-cu ilin yanvar ayından etibarən  dronların gətirilməsi və istifadəsi üçün elektron formada müraciət və icazənin verilməsi səlahiyyəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə verilib. Mövcud qanunvericiliyə görə dronların gətirilməsi üçün xüsusi icazə tələb olunur və NRYTN bunu Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Xüsusi Dövlət Mühafizə Xidməti ilə razılaşdırmalıdır.

Deputat, İKT sahəsi üzrə mütəxəssis Tahir Mirkişili Modern.az –a açıqlamasında bildirib ki, dövlət orqanına məlumat verdiyi təqdirdə  istənilən şəxs dron əldə edə bilər.

“Vətəndaş dron istifadə etdiyi və idxal etdiyi zaman müvafiq dövlət orqanlarından icazə almalıdır.  Buna əsas səbəb isə dronların şəxsi həyata müdaxilə və cinayət məqsədilə də istifadə oluna bilməsidir”. 

O bildirib ki, ümumilikdə dronların istifadəsi üçün qadağa və məhdudiyyət yoxdur.

“Sadəcə düzgün istifadə qaydasına əməl edən istənilən şəxs drondan istifadə edə bilər.  

Bu texnoloji yenilikdir və dünyanın bir sıra ölkələrində müəyyən  xidmət sahələrində istifadə olunur.  Bu metod şirkətlərin xərclərinin azalmasında əhəmiyyətli rol oynayır. Ölkəmizdə dron istehsal edilmədiyi üçün istənilən halda idxal olunmalıdır. 

İdxal edən hər bir vətəndaş bu barədə müvafiq dövlət orqanına  məlumat verməlidir. Məlumat dedikdə icazənin  alınması nəzərdə tutulur.

Buna da əsas səbəb gələcəkdə baş verə biləcək hər hansı bir hadisəni qarşısının alınmasıdır”.

 

Əzizə ZEYNAL

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR