Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda daşınmaz əmlaka dair çıxarışların elektron qaydada verilməsinə başlanılır

Azərbaycanda daşınmaz əmlaka dair çıxarışların elektron qaydada verilməsinə başlanılır
Sakura

Azərbaycanda daşınmaz əmlaka dair çıxarışların elektron qaydada verilməsinə başlanılır

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “Daşınmaz əmlakın qeydiyyatında yeni mərhələ: elektron çıxarışa keçid və onun xüsusiyyətləri” mövzusunda İctimai Təqdimat və dialoq keçirib. 

"Report" xəbər ki, tədbir qeyri-hökumət təşkilatları və media nümayəndələrinin, əmlak ekspertlərinin iştirakı ilə baş tutub. 

Təqdimatda bildirlib ki, məqsəd elektron çıxarışın faydaları, praktiki istifadə qaydaları və vətəndaşa verdiyi üstünlüklər barədə ictimaiyyəti məlumatlandırmaqdır. Həmçinin daşınmaz əmlakların sənədləşdirilməsi istiqamətində vətəndaş məmnunluğunun daha da artırılması, habelə rahatlıq və çevikliyi təmin edən komitənin həyata keçirdiyi innovativ işlər, sosial layihələr, elektron xidmətlər barədə məlumatların ictimaiyyətə ötürülməsi əsas vəzifələrdəndir.

ƏMDK-nın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev bildirib ki, aprelin 18-dən çıxarışların elektron şəkildə verilməsi prosesinə başlanılacaq. Bununla da kağız çıxarış dövrünə son qoyulur. Qanuna edilmiş dəyişikliyin də əsas məqsədi ilk növbədə daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-məmur ünsiyyətini minimuma endirmək, əmlakların qeydiyyatını daha da sadələşdirməklə bu sahədə operativlik və opitmallığı artırmaqdır.

Əmlakını rəsmi qeydiyyata almaq istəyən şəxs müvafiq olaraq müraciət etdikdə komitənin ərazi reyestr ofislərində çıxarışlar 1,3,7,10 iş günündə elektron qaydada hazırlanacaq.

Regionlarda elektron çıxarışın tətbiqi, üstünlükləri, istifadə qaydaları ilə bağlı ictimai maarifləndirmə işi aparılır, ərazi ofislərində açıq qapı günü keçirilir. Ölkədə çıxarışların elektron müstəvidə verilməsi beynəlxalq maliyyə institutları və təşkilatların, o cümlədən "Doing Business" reytinqində Azərbaycanın mövqeyini daha da gücləndirəcək.

Bundan başqa Xidmət rəisi bildirib ki, Prezidentin imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanı da vətəndaş məmnunluğuna, onların sadə yollarla mülkiyyətini qeydiyyata almasına, ölkədə leqal əmlakların sayının artması istiqamətində bir yenilik olmuşdur. Hazırda fərmanın icrası ilə bağlı işlər aparılır. Vətəndaşların ünvanlarında mənzillərinə dair çıxarışlar verilir.

H.Mustafayev onu da bildirib ki, ümumilikdə daşınmaz əmlakın qeydiyyatı sahəsində görülən xidmətlər elektronlaşdırılır, prosedurlar sadələşdirilir, o cümlədən xidmətlərdə əlçatanlıq artırılır, vətəndaş rahatlığı təmin edilir. Komitə tərəfindən tətbiq edilən 41 elektron xidmətin 26-sı daşınmaz əmlakın qeydiyyatı sahəsinə aiddir. Bundan başqa göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün əks zəng sistemi və sorğular həyata keçirilir.

Daha sonra çıxış edən Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev bildirib ki, müasir dövrümüzdə vətəndaş məmnunluğunun təmin edilməsi, şəffaflığın artırılması elektron mühitin genişləndirilməsindən birbaşa asılıdır. ƏMDK da vətəndaşların xidmətlərdən daha çevik şəkildə yararlanması üçün fəaliyyətində elektronlaşma prosesini sürətləndirir. Elektron çıxarışın tətbiqi də bu mərhələnin davamıdır. Çıxarışların elektron formata keçirilməsi, qeydiyyat sənədlərinin verilmə müddətlərinin azaldılması, vətəndaşlar üçün yaradılan rahat şəraitdən xəbər verir.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə çıxışında bildirib ki, ƏMDK fəaliyyət sahəsində vətəndaş məmnunluğunun təmin edilməsi, əlçatanlığın artırılması istiqamətində yeni metodlar tətbiq edir, müasir dövrün tələblərinə uyğun idarəetməni həyata keçirir. Komitənin son dövrlərdə rəqəmsallaşma istiqamətində atdığı addımlar təqdirəlayiqdir.

Daha sonra “Daşınmaz əmlakın qeydiyyatında yeni mərhələ: elektron çıxarışın üstünlükləri və xüsusiyyətləri” mövzusunda komitə nümayəndəsi tərəfindən təqdimat olub. Bildirilib ki, elektron çıxarışlar Elektron Hökumət portalına yerləşdirilir. Hüquq sahibinin çıxarışı həmin portal vasitəsilə real vaxt rejimində əldə etməsi imkanı yaradılır. Daha sonra həmin çıxarış vətəndaşın “Elektron hökumət” portalındakı şəxsi kabinetinə yerləşdirilir. Şəxsi kabineti olmadıqda isə bazada saxlanılan çıxarış sonradan şəxsi kabinet yaradıldıqdan sonra avtomatik olaraq ora transfer olur.

Mülkiyyət sənədi haqqında məlumatlar şəxsin telefon nömrəsinə, poçt ünvanına göndərilir. Elektron qaydada göndərilən bildirişlərdə çıxarışın reyestr və qeydiyyat nömrəsi, elektron çıxarışın yoxlanılması ilə bağlı keçid linki göstərilir. Vətəndaş komitənin “Elektron çıxarışını yoxla” xidmətinə daxil olaraq çıxarışın qeydiyyat və reyestr nömrələrini qeyd etməklə sənədin düzgünlüyünü yoxlamaq imkanına malikdir. Bunun üçün isə istifadəçilərdən nə elektron imza, nə də ödəniş tələb olunur.

Elektron çıxarış sistemi ilə kağız çıxarışın itirilməsi, yararsız hala düşməsi riskləri aradan qalxır. Kağız çıxarışın başqa insanlar tərəfindən saxtalaşdırılması və qanunsuz istifadə edilməsi halı tam istisna edilir.

Bu sistemin tətbiqi təkrar qeydiyyatın tam olaraq avtomatlaşdırılması imkanlarını genişləndirib. Belə ki, elektron çıxarışı olan vətəndaşların, bələdiyyələrin, torpaq mülkiyyətçilərinin alqı-satqı əməliyyatı zamanı heç bir kağız sənəd təqdim etməsinə ehtiyac qalmır. Alqı-satqı əməliyyatından sonra əmlaka dair çıxarış yeni sahibin Elektron Hökumət portalındakı şəxsi kabinetinə yerləşdirilir. Nəticədə çıxarış almaq üçün vətəndaşların əlavə olaraq qeydiyyat orqanlarına müraciət etmək zərurəti aradan qaldırılır.

ƏMDK daşınmaz əmlakın qeydiyyatının tam olaraq elektron müstəviyə keçidinin təmin edilməsi istiqamətində işlərini sürətləndirəcək. Müasir yanaşmalardan, innovativ üsullardan istifadə etməklə əhalinin əmlakının daha rahat yolla qeydiyyata alınması işini davam etdirəcək. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR