Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda daha bir kənddə 26 nəfər koronavirusa yoluxdu

Azərbaycanda daha bir kənddə 26 nəfər koronavirusa yoluxdu
Sakura

Azərbaycanda daha bir kənddə 26 nəfər koronavirusa yoluxdu

Cəlilabad rayonunun 5 kəndində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının artım dinamikası müşahidə olunur.

"Report"un Muğan bürosunun məlumatına görə, bunlar Həziabad, Bəcrəvan, Ağdaş, Komanlı və Şıxlar kəndləridir.

Qeyd olunan ərazilər arasında ən çox yoluxma hallarının Ağdaş kəndində olduğu bildirilir. Məlumata görə, bu kənddə 26 nəfərdə koronavirus aşkar edilib. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları bu kəndlərdə olublar. Sakinlərdən yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar yaxma analizləri götürülüb.

Qeyd edək ki, bir müddət öncə Cəlilabad Rayon Mərkəzi Xəstəxanası koronavirus xəstələrinin müalicə olunduğu xüsusi rejimli xəstəxanaya çevrilib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR