Dərc edildi: Baxış sayı: 1092
Azərbaycanda daha bir icra başçısı saxlanılıb
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri bu dəqiqələrdə Biləsuvar rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir.
“Qafqazinfo” xəbər verir ki, artıq İcra Hakimiyyətinin binasına giriş qadağan edilib.
Qeyd edək ki, Mahir Quliyev 2011-ci ildə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Artıq icra başçısı və bir neçə müavini saxlanılaraq Bakıya gətirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət