Dərc edildi: Baxış sayı: 387
Azərbaycanda daha bir həyat sığortası şirkəti yaradılıb
Vergilər Nazirliyi “Meqa Həyat Sığorta” ASC-ni dövlət qeydiyyatına alıb.
“Report” Nazirliyə istinadən xəbər verir ki, yeni şirkət “Meqa Sığorta” ASC ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 19-da qeydiyyatdan keçib.
Onun nizamnamə kapitalı 11 milyon manat, qanuni təmsilçisi isə bir qədər əvvəl “Meqa Sığorta”nın Direktorlar Şurasını tərk etmiş Hamlet Xosrov oğlu Qarayevdir.
Xatırladaq ki, hazırda Azərbaycanda 4 həyat sığortası şirkəti – “Atəşgah Həyat Sığorta”, “Qala Həyat Sığorta”, "Xalq Həyat Sığorta" və “PAŞA Həyat Sığorta” ASC-lər fəaliyyət göstərir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət