Dərc edildi: Baxış sayı: 841
Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi
Azərbaycan Tibb Universitetinin müəllimi koronavirusdan vəfat edib.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, Universitetin travmatologiya və ortopediya kafedrasının müəllimi, həkim Mehdi Cəfərov bir müddət əvvəl koronavirusa yoluxub.
Həkimlərin səylərinə baxmayaraq, o, bu gün səhər müalicə olunduğu 1 saylı Kliniki Tibbi Mərkəzdə COVID-19 xəstəliyindən vəfat edib.
Faktı Azərbaycan Tibb Universitetindən Oxu.Az-a təsdiqləyiblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət