Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda daha 7 nəfər torpaqdan təyinatına uyğun istifadə etmədiyi üçün cərimələnib

Azərbaycanda daha 7 nəfər torpaqdan təyinatına uyğun istifadə etmədiyi üçün cərimələnib
Sakura

Azərbaycanda daha 7 nəfər torpaqdan təyinatına uyğun istifadə etmədiyi üçün cərimələnib

Bəzi vətəndaşlar tərəfindən torpaqlar bilərəkdən və ya bilmədən təyinatı üzrə istifadə olunmur.

Bu barədə Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən (ƏMDK) "Report"a daxil olan məlumatda bildirilir.

Qurum bəyan edir ki, qanunu bilməmək məsuliyyətdən azad etmir. Həmin mülkiyyətçilər İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən cərimələnir, barələrində müvafiq tədbirlər görülür. ƏMDK da torpaq sahələrinin təyinatı üzrə istifadəsi, ərazilərin zəbt olunması və hasarlanması, münbit qatının korlanmasının qarşısının alınması ilə bağlı monitorinqlərini davam etdirir. Aparılan reyd nəticəsində daha 7 şəxs cərimələnib.

Məlum olub ki, Xaçmaz rayon sakini Həsən Zeynalov qanunsuz olaraq pay torpağının təyinatını dəyişib. Bununla da kənd təsərrüfatı təyinatlı torpağın münbit qatı korlanıb. Eyni zamanda həmin ərazidə qeyri qanuni tikinti işlərinin aparılması faktı müəyyən edilib. Bununla bağlı həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol yazılıb və 1000 manat cərimə olunub.

Analoji hadisə Şamaxı rayonunda da aşkar edilib. Belə ki, rayonun Avaxıl bələdiyyəsinin ərazisində Yunis Qədimbəyli kənd təsərrüfatı təyinatlı pay torpağında qeyri-qanuni tikinti işləri həyata keçirib. Bu isə həmin torpağın münbit qatının korlanmasına, yararlılıq dərəcəsinin aşağı düşməsinə səbəb olub. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol yazılıb və 1000 manat cərimə edilib. Hər iki qanunpozuntusu üzrə torpaqla bağlı qeyri-qanuni istifadə halı dayandırılıb.

Lənkəran rayonu, Liman şəhəri ərazisində Şahmar Məlikov tərəfindən torpaq sahəsinin qazılaraq münbit qatının korlanması halı aşkar edilib. Həmin şəxs barəsində inzibati protokol yazılaraq 600 manat cərimə tətbiq edilib.

Yuxarıda qeyd edilənlərlə yanaşı daha bir neçə nəfər də cərimələnib, barələrində müvafiq tədbirlər görülüb.

Belə tədbirlərin nəticəsində torpaqların məqsədli dövriyyəsinə qaytarılması təmin olunur. Təyinatına zidd istifadədə olan torpaqlar qanunauyğun şəkildə yenidən iqtisadi dövriyyəyə cəlb edilir.

Qeyd edilməlidir ki, torpaq qanunvericiliyinin tələblərinin pozulmasına qarşı həyata keçirilən inzibati tədbirlərlə yanaşı, yerli icra hakimiyyətləri, bələdiyyələr, fiziki və hüquqi şəxslərlə, eləcə də əhalinin geniş təbəqəsi ilə maarifləndirmə və izahat işləri aparılır.

ƏMDK gündəlik olaraq torpaqların istifadəsi və mühafizəsi ilə bağlı monitorinqlərini davam etdirəcək. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR