Dərc edildi: Baxış sayı: 926
Azərbaycanda daha 1 333 nəfər koronavirusa yoluxub
Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 1333 yeni yoluxma faktı qeydə alınıb, 269 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 248 307 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 233 356 nəfər müalicə olunaraq sağalıb, 3384 nəfər vəfat edib, aktiv xəstə sayı 11 567 nəfərdir.
Ölkədə son sutka ərzində 8517, hazırkı dövrədək isə 2 790 980 test aparılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət