Azərbaycanda COVİD-19-a yoluxanlar arasında qadınlar üstünlük təşkil edir
Azərbaycanda COVİD-19-a yoluxanlar arasında yenə də qadınlar üstünlük təşkil edir.
Avropa.info koronavirusinfo.az saytına istinadən həftələr, yaş, cins bölgüsü üzrə yoluxma, sağalma və ölüm faizlərini təqdim edir:
- 27 aprel-3 mayda 287 nəfər yoluxub, 302 nəfər sağalıb, 4 nəfər vəfat edib;
- 4 may-10 mayda 587 nəfər yoluxub, 209 nəfər sağalıb, 7 nəfər vəfat edib;
- 11 may-17 mayda 755 nəfər yoxubu, 365 nəfər sağalıb,7 nəfər vəfat edib;
- 18 may-24 mayda 848 nəfər yoluxub, 592 nəfər sağalıb, 10 nəfər vəfat edib;
- 25 may-31mayda 1372 nəfər yoluxub,821 nəfər sağalıb, 14 nəfər vəfat edib;
- 1 iyun-7 iyunda 2059 nəfər yoluxub, 721 nəfər sağalıb, 25 nəfər vəfat edib;
- 8 iyun-14 iyunda 2404 nəfər yoluxub, 1434 nəfər sağalıb, 31 nəfər vəfat edib;
- 15iyun-21 iyun 2772 nəfər yoluxub, 1216 nəfər sağalıb, 35 nəfər vəfat edib;
- 22 iyun-28 iyun 3695 nəfər yoluxub, 2227 nəfər sağalıb, 44 nəfər vəfat edib;
- 29 iyun-5 iyul 39 00 nəfər yoluxub, 2716 nəfər sağalıb, 52 nəfər vəfat edib.
Yoluxanlardan 0-9 yaş arasında olanlar 5 faiz, 10-19 yaş arasında olanlar 6 faiz, 20-29 yaş arasında olanlar 14 faiz, 30-39 yaş arasında olanlar 18 faiz, 40-49 yaş arasında olanlar 15 faiz, 50-59 yaş arasında olanlar 21 faiz, 60-69 yaş arasında olanlar 16 faiz, 70-79 yaş arasında olanlar 4 faiz, 80 yaş və daha yuxarı yaşda olanlar 2 faiz təşkil edir.
Ümumi yoluxanların 54 faizi qadınlar, 46 faizi kişilərdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət