Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda bu zonalarda koronavirus daha təhlükəli həddədir - RƏSMİ

Azərbaycanda bu zonalarda koronavirus daha təhlükəli həddədir - RƏSMİ
Sakura

Azərbaycanda bu zonalarda koronavirus daha təhlükəli həddədir - RƏSMİ

“Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərləri narıncı zonadır. Naxçıvan Muxtar Respublikası və digər şəhər və rayonlarda epidemioloji vəziyyət sabitdir. O ərazilər sarı zolaqla qeyd edilib”.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, yaşıl rənglə işarələnmə koronavirusa yoluxma olmayan və karantin rejimi məhdudiyyətlərinin aradan qaldırılmasından sonra qeyd olunacaq:

“Aktiv yoluxma halları 50-dən az olduqda sarı, aktiv yoluxma halları 50-dən çox olduqda isə narıncı zolaqla qeyd olunur. Aktiv yoluxma halları 100-dən çox olduqda - Bakı şəhərində bu, 500-dən yuxarı olduqda - qırmızı rənglə qeyd olunacaq və karantin rejimi sərt şəkildə tətbiq ediləcək”.

“Hazırda ölkəmizdə  sarı və narıncı rənglərə uyğun epidemioloji vəziyyət mövcuddur”, - deyə sədr qeyd edib.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR