Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda bu peşə sahibləri koronavirusa yoluxa bilər

Azərbaycanda bu peşə sahibləri koronavirusa yoluxa bilər
Sakura

Azərbaycanda bu peşə sahibləri koronavirusa yoluxa bilər

Dünyada sürətlə yayılan koronavirusa yoluxanların sayı bir milyonu keçib. Mütəxəssislər də bu virusa ünsiyyət qurulduğu, qucaqlaşma, öpüşmə kimi hallarda yoluxmanın mümkün olduğunu təsdiqləyirlər.

Bir çox peşə sahiblərinin də bu xəstəliyə yoluxma riski daha çoxdur.

Məsələnin aktuallığını nəzərə alaraq Qazet.az kiçik araşdırma edib. Ölkəmizdə aşağıda qeyd edilən peşə sahiblərinin virusa yoluxma riski daha çoxdur.

  1. Tibb işçiləri:  müxtəlif tibb müəssisələrində çalışan tibb işçilərinin koronavirusa yoluxma riski daha böyükdür. Təsadüfü deyil ki, artıq Azərbaycanda 10 tibb əməkdaşı bu xəstəliyə yoluxub. Xəstə ilə birbaşa təmasda olmaları riski daha da artırır.
  1. Sürücülər:  Xüsusən ictimai nəqliyyat sürücüləri də hər gün təhlükə ilə üz-üzədir. Bir çox avtobuslarda kartla ödəmə olduğu təqdird, bəzi xətt üzrə hərkət edən avtobuslar da nağd ödəmə keçərlidir. Nəzərə alsaq ki, mikroblar və viruslar kağız pullarda daha çox olur belə olduğu təqdirdə sürücülərdə böyük risk daşıyır.

Taksi sürücülərinin də koronavirusa  yoluxma riski böyükdür. Çünki müştərilərlə gözlənilməli 2 metrlik məsafə qorunmur.

3. Satıcılar:  Böyük supermarketlərdə məsafəni gözləmək mümkün olsa da mini marketlərdə satıcı ilə müştəri təması daha yaxındır. Belə olduğu təqdirdə market əməkdaşları koronavirusa yoluxmağı gözləniləndir.

4. Jurnalistlər: Xüsusən televiziyada çalışan jurnalistlər müsahibə zamanı koronavirusa yoluxa bilərlər. 2 metrdən az bir məsafədə ünsiyyətin qurulması riskli hesab edilir.

5. Zavod əməkdaşları: Xüsusən son günlər qidaya və zəruri olan əşyalara yaranan təlabatı qarşılamaq üçün ölkəmizdə də zavodlar fəaliyyətini davam etdirir. İnsanların bir yerdə sıx çalışdıqları zavodlarda risk mövcuddur.

Təbii ki, bütün sadalanan risk faktorlarını, əməl edilməsi vacib olan qaydalara riayət etməklə qarşısını almaq olar. Həkimlərin məsləhətinə uyğun olaraq, qoruyucu əlcəlklərdən istifadə etmək, maska taxmaq, mütamadi olaraq əlləri sabunla yumaq, ünsiyyəti minimumlaşdırmaq həyatımızın qarantıdır. Bizdə Qazet.az komandası olaraq bu və digər peşə fəaliyyəti ilə məşğul olaraq çətin günlərdə “görünməz qəhrəmanları” alqışlayırıq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR