Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda bu il ən çox icra olunan əməliyyatlar AÇIQLANDI

Azərbaycanda bu il ən çox icra olunan əməliyyatlar AÇIQLANDI
Sakura

Azərbaycanda bu il ən çox icra olunan əməliyyatlar AÇIQLANDI

“İcbari tibbi sığortanın Xidmətlər Zərfi ilə ölkədə geniş yayılmış, əlillik və ölüm riski yüksək olan xəstəliklərin stasionar şəraitdə cərrahi müalicəsi qarşılanır”.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Agentliyin illik fəaliyyəti və strateji hədəfləri mövzusunda mətbuat konfransında çıxış zamanı deyib.

O bildirib ki, dövlət tibb müəssisələrində icra olunan əməliyyat və prosedurların sayında illər üzrə artımı müşahidə edirsiniz:

“2023-cü il üzrə göstərici noyabr ayınadək olan statistikadır. Belə ki, bu il 358 772 əməliyyat və prosedur icra olunub. Tibb müəssisələri tərəfindən stasionarda cərrahi profil üzrə məlumatların elektron reyestrdə qeydiyyatı və emalı davam edir.

Əməliyyatların 74%-i planlı əməliyyatların payına düşüb.

Ən çox icra olunan əməliyyatlar: ginekoloji, gözdə və ürək-damar sistemində aparılanlar olub. Əməliyyatların ən çox icra edildiyi tibb müəssisələri sırasında ilk yerdə Kliniki Tibbi Mərkəz dayanır.

Göstəricilər onu bildirir ki, vətəndaşlara lazım olan əməliyyatların dövlət xəstəxanalarında icrası görülən tədbirlər nəticəsində mümkün olur. Biz buna çalışırıq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR