Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda bu çörəyin qiyməti ucuzlaşdı - Açıqlama

Azərbaycanda bu çörəyin qiyməti ucuzlaşdı - Açıqlama
Sakura

Azərbaycanda bu çörəyin qiyməti ucuzlaşdı - Açıqlama

Bir sıra ticarət obyektlərində satılan çörəyin qiymətində ucuzlaşma müşahidə olunur.

Əvvəllər 70 qəpiyə satılan 620-630 qramlıq Xırdalan zavod çörəyinin qiyməti indi 65 qəpik olub. Satıcılar çörəyin ucuzlaşmasının səbəbini bilmir.

Teleqraf.com məsələ ilə bağlı “Xırdalan Çörək Zavodu”nun Rasim adlı nümayəndəsi ilə əlaqə saxlayıb.

Çörəyin strateji məhsul olduğunu qeyd edən filial nümayəndəsi qiymətin zavod tərəfindən qoyulmadığın bildirib: “Zavod çörəyə nə qiymət qoyur, nə də onun qiymətini aşağı salır. Bu, dövlət səviyyəsində olan bir şeydir. Biz İqtisadi İnkişaf Nazirliyinin müəyyən etdiyi qiymətlərə riayət etməyə çalışırıq.

Çörəyin çəkisi olduğu kimi qalıb. Şərt unu ucuz almaqda deyil. Məsələ burasındadır ki, dövlətin qoyduğu qanundan kənara çıxmaq mümkün deyil. Hər şey qanun çərçivəsindədir”.

Çörək zavodunun başqa bir əməkdaşı isə çörəyin qiymətinin enməsini dövlət tapşırığı olduğunu deyib: “Marketlər şəbəkəsi müştərilərdən polietilen torbaların pulunu alıb xeyrini götürdüyünə görə dövlət qurumu zavod çörəyinin qiymətini 5 qəpik aşağı salınması şərtini irəli sürüb”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR