Azərbaycanda blokçeyn əsaslı rəqamsal identifikasiya sisteminin ilk prototipi üzərində iş yekunlaşmaq…
Azərbaycan Mərkəzi Bankı (AMB) bu ilin sonuna qədər blokçeyn əsaslı rəqamsal identifikasiya sisteminin ilk prototipi üzərində işi yekunlaşdıracaq.
“Report” xəbər verir ki, bu barədə qurumun İnformasiya texnologiyaları departamentinin direktoru Fərid Osmanov bildirib.
"Sistemin növbəti ilin sentyabr ayına qədər real rejimdə istifadəyə verilməsi nəzərdə tutulur. Bununla da, vətəndaşlar fərdi məlumatlarını dövlət resurslarından əldə edərək avtomatik qaydada hesab aça və digər bank xidmətlərindən faydalana biləcəklər. Hazırda layihə çərçivəsində qanunvericilik aktlarında hansı dəyişikliklərin edilməsi məsələsi müzakirə edilir”, - F.Osmanov qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət