Azərbaycanda bəzi turizm obyektlərinin layihələndirilməsi zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi…
Azərbaycanda bəzi turizm və rekreasiya obyektlərinin layihələndirilməsi zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi tələb ediləcək.
Trend-in məlumatına görə, bununla bağlı “Turizm haqqında” qanuna dəyişikliklərin edilməsi təklif edilir.
Bu dəyişikliyə uyğun olaraq 300 nəfərdən çox tutumu olan turizm və rekreasiya obyektlərinin layihələndirilməsi ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növlərinin siyahısına daxil edilib.
Qeyd edilən obyektlərin fəaliyyəti ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli üsullar tətbiq edildikdə həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi aparılmalıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət